İranda daha bir faciə: Ölənlər varbackend

İranda daha bir faciə: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Məşhəd-Bəndər Abbas marşrutu üzrə hərəkət edən avtobus Kirman vilayətinin Bərdsir şəhərində yoldan çıxaraq aşıb. Nəticədə, yeddi nəfər həyatını itirib. Onlardan beşi qadın, ikisi kişidir.

Bu barədə ISNA Kirman hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

Polkovnik Əli Əkbər Nasiri bununla bağlı agentliyə açıqlamasında bildirib ki, qəza yerli vaxtla səhər saat 08:30-da baş verib.

Onun sözlərinə görə, daha 31 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qəzaya ilkin səbəb kimi sürət həddi və əlverişsiz hava şəraiti ilə əlaqədar yolların sürüşkən olması göstərilib.

İnterpress.az