Arvadını müayinə edən həkimi döydü – FOTObackend

Arvadını müayinə edən həkimi döydü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Osmaniye rayonunda həkim yaralı vəziyyətdə olan xəstəni müayinə edib.

DHA-nın xəbərinə görə, ginekoloq Gökhan Gönənə arvadını doğuşa gətirən kişi hücum edib.

Belə ki, M.B. adlı şəxs hamilə arvadını xəstəxanaya gətirib və onun qeydiyyat aparılmadan müayinə olunmasını istəyib.

Həkim ona arvadının təcili qeysəriyyə əməliyyatı olmasını və bundan əvvəl qeydiyyata düşməsi lazım olduğunu deyib.

Qeydiyyata razı olmayan şəxs müayinədə iştirak etməyi də tələb edib və onunla razılaşmayan həkimə hücum edərək döyüb.

Yaralanmasına baxmayaraq, həkim əməliyyatı uğurla həyata keçirib və bundan sonra özü müalicə olunub.

Həkimə hücum edən M.B. polis işçiləri tərəfindən nəzarətə götürülüb.

Arvadını müayinə edən həkimi döydü - FOTO