Rusiya “Mi-8” helikopterini “uçan tank”a çevirir – FOTObackend

Rusiya “Mi-8” helikopterini “uçan tank”a çevirir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin Xüsusi Əməliyyat Qüvvələri 2020-ci ildə “uçan tank” – köhnə “Mi-8”ə əsaslanan unikal döyüş helikopteri əldə edəcək.

Bu barədə “İzvestiya” qəzeti RF Müdafiə Nazirliyindəki bir sıra mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Mi-8AMTSH-VN indeksinə sahib helikopter təkcə hərbçilərin daşınması üçün nəzərdə tutulmayıb, həmçinin, havadan atəş dəstəyi verə bilər.

Bu tapşırığı yerinə yetirmək üçün ona dörd ədəd uzunmənzilli “Hermes” raketi, səkkiz vahid səsdən sürətli “Ataka” və ya iki ton aviabomba yüklənə bilər. Həmçinin, helikopter müasir avionika, optoelektronika sistemləri, radarlar və istilik görüntüləri ilə təchiz ediləcək.

Beləliklə, o, hətta zərbə helikopterləri ilə də rəqabətə girə biləcək.

Rusiya “Mi-8” helikopterini “uçan tank”a çevirir - FOTO

Rusiya “Mi-8” helikopterini “uçan tank”a çevirir - FOTO