İmamın evləndiyi gəlin kişi çıxdı – FOTObackend

İmamın evləndiyi gəlin kişi çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandada iki həftə əvvəl evlənən imam həyat yoldaşının qadın deyil, kişi olduğunu öyrənib.

Sondakika.com-un məlumatına görə, Uqandanın Kayunqa şəhərinin Kyampisi məscidinin imamı Muhammed Mutumba iki həftə əvvəl evləndiyi həyat yoldaşının əslində kişi olduğunu öyrənəndə həyatının şokunu yaşayıb. Bəxtigətirməyən imam bu hadisəyə görə işindən də çıxarılıb.

İmam əsl həqiqəti isə həyat yoldaşının qonşulardan oğurluq etdiyini biləndən sonra aşkarlayıb. Məlum olub ki, onun imamla evlənməkdə məqsədi də məhz oğurluq olub.

M.Mutumba deyir ki, onun nə hərəkətlərindən, nə də danışığından şübhələnməyib. Çünki “həyat yoldaşı”nın hərəkətləri çox incə, qadına bənzər olub. Kişinin şikayət etdiyi tək şey qadınının yatağa geyimli girməsi və ondan uzaq qaçması olub.

Hazırda fırıldaqçı “gəlin”in başqa qurbanlarının ola biləcəyi də ehtimal olunur.

İmamın evləndiyi gəlin kişi çıxdı - FOTO

İmamın evləndiyi gəlin kişi çıxdı - FOTO