“Azneft”də yeni TƏYİNATLARbackend

“Azneft”də yeni TƏYİNATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) bir neçə idarə rəisi vəzifəsinə yeni təyinatlar olub.

İnterpress.az-ın məlumatına görə, Ramin Quliyev “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi, Fəxri Haqverdiyev Ə.Əmirov adına NQÇİ-nin rəisi, Cavanşir Nuriyev isə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə əsasən, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov Birliyinin Baş direktoru təyin olunub.

İB-nin sabiq direktoru Daşqın İskəndərov isə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edilib.

İnterpress.az