Azərbaycanda neçə tələbə deputat olmaq istəyir?backend

Azərbaycanda neçə tələbə deputat olmaq istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisə seçkilərdə deputatlığa namizədliyini irəli sürənlər arasında tələbə kontingenti də var.

İnterpress.az-ın məlumatına görə, ümumilikdə 14 tələbə namizədliyini irəli sürüb.

Namizədliyini irəli sürən 14 tələbədən altısının deputatlığa namizədliyi qeydə alınıb. Qeydə alınanlardan ikisi isə sonradan deputatlığa namizədlikdən imtina edib.

Digərlərinin isə namizədliyi hələlik qeydə alınmayıb.

Xatırladaq ki, Milli Məclisə seçkilərlə əlaqədar 1534 deputatlığa namizəd qeydə alınıb.

Bu barədə Avropa Şurasının Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında MSK sədri Məzahir Pənahov deyib.

Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

İnterpress.az