Şeyxülislam: Qorbaçov cinayət məsuliyyətinə cəlb edilsin, 20 yanvar hadisələri Haaqa məhkəməsinə çıxarılsınbackend

Şeyxülislam: Qorbaçov cinayət məsuliyyətinə cəlb edilsin, 20 yanvar hadisələri Haaqa məhkəməsinə çıxarılsın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yeni istintaq qrupunun yaradılması və 20 yanvar hadisələri ilə bağlı işin beynəlxalq Haaqa məhkəməsinə çıxarılmasını tələb edir.

İnterpress.az xəbər verir ki, bu fikirləri A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbirində çıxışı zamanı bildirib.

“Biz yeni istintaq komitəsinin yaradılmasını, başda Qorbaçov olmaqla bu hadisələrdə iştirakı olan hər kəsin cinayət məsuliyyətinə cəlb edilməsini və işin beynəlxalq Haaqa məhkəməsinə verilməsini tələb edirik”, – deyə o qeyd edib.

İnterpress.az