Avropanı smoq bürüdü: insanlar küçələrə əleyhqazda çıxdıbackend

Avropanı smoq bürüdü: insanlar küçələrə əleyhqazda çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya, Serbiya, Bosniya və Herseqovinada insanlar hökumətlərinə qarşı etiraz aksiyalarına çıxıb.

BBC xəbər verir ki, buna səbəb isti, günəşli hava şəraitində bu ölkələri smoq bürüməsi və havanın çirklənməsi olub.

Yaranan vəziyyətlə bağlı İtaliyanın böyük şəhərlərində üç gün ərzində nəqliyyatdan istifadəyə məhdudiyyət qoyulub.

Bosniya və Herseqovinada yerləşən Tuzla şəhərində isə insanlar respirator və əleyhqaz taxaraq küçələrə axışıb.

Sarayevoda yerli hökumət əhaliyə müvəqqəti olaraq dağlıq ərazilərə yerləşməyi tövsiyə edib.

İnterpress.az