Ermənistanda sabiq yüksək rütbəli məmur intihar etdibackend

Ermənistanda sabiq yüksək rütbəli məmur intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı Yerevandakı evlərdən birində Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanın meyiti tapılıb.

“Sputnik Ermənistan” xəbər verir ki, bununla bağlı Yerevanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, meyitin üzərində güllə izləri aşkarlanıb.

İlkin ehtimala görə, Kutoyan özünə qəsd edib.

Qeyd edək ki, Kutoyan 2016-2018-ci illərdə MTX direktoru olub. Onu “məxməri inqilab”dan sonra Artur Vanetsyan əvəzləyib.

İnterpress.az