Deputatlığa namizəd Rauf Arifoğlu Naximov küçəsi 6 və 6a binalarının sakinləri ilə görüş keçirib – VİDEOREPORTAJbackend

Deputatlığa namizəd Rauf Arifoğlu Naximov küçəsi 6 və 6a binalarının sakinləri ilə görüş keçirib – VİDEOREPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvar ayının 17-də seçkiqabağı təşviqat kampaniyasının başladığı ilk güm 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu bu rayonun Naximov küçəsi 6a-nın seçicilərlə görüş keçirib.

O, özünün seçki platformasından bəhs edərək qarşıdakı 5 ildə onların yanında olacağını vəd edib. Bölgənin problemlərindən bəhs edən namizəd onların həlli ilə bağlı vətəndaşların səslərini aidiyyatı qurumlara çatdıracağını bildirib.

O, qeyd edib ki, həm də \”Yeni Müsavat\” Media Qrupunun əməkdaşları daim problemlərə işıq salacaq: \”Mən də 21 ildir ki, Xətaidə yaşayıram, bütün problemləri sizinlə birgə yaşamışam, öncəki icra başçısı ilə qəzetim vasitəsilə savaşmışam. Bölgənin İndi də qəzetin gücü ilə millət vəkili gücünü birləşdirib daha çox iş görmək istəyirik. Ona görə də sizin səsinizi gözləyirəm\”.

Sakinlər isə çıxışında dəfələrlə seçdikləri deputat tərəfindən aldadıldıqlarını, artıq seçkilərə inamlarının qalmadıqlarını bildirdilər. R. Arifoğlu hazırda ölkədə böyük dəyişikliklər getdiyini və Xətai rayonun da bu dəyişikliklərdən faydalanmasını istədiyini deyib.

Vətəndaşlar su probleminin həllini, istilik sisteminin bərpasını, məhəllənin abadlaşdırılması, binanın hər tərəfində fasadın təmiri, dam örtüyünün təmiri, küçənin işıqlandırması, yol probleminin həlli, asfaltanması kimi problemləri diqqətə çatdırıblar.

Daha sonra tanınmış həkim, Rauf Arifoğlunun vəkili Seyfəddin Əsəd namizədin millət vəkilliyinə layiq bir insan kimi qiymətləndirib. Vətəndaşları səsverməyə çağıran S. Əsəd hər zaman seçicilərin yanında olacaqlarını bildirib.

Sakinlər həmçinin əraziyə marşrut avtobusunun olmadığını və birbaşa şəhərin mərkəzinə gedən ictimai nəqliyyatın olmasını istəyiblər.

Deputatlığa namizəd Rauf Arifoğlu Naximov küçəsi 6 və 6a binalarının sakinləri ilə görüş keçirib - VİDEOREPORTAJ