“İnter” “Mançester Yunayted”dən daha bir futbolçunu aldı – FOTObackend

“İnter” “Mançester Yunayted”dən daha bir futbolçunu aldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

OnlinePress.az Milan klubunun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası klubu “Mançester Yunayted”in futbolçusu Eşli Yanqı transfer edib.

34 yaşlı cinah futbolçusu ilə iyunun 30-dək müddəti əhatə edən müqavilə bağlanılıb. Müqavilədə onunla müddətin sonradan artırılması şərti də əlavə olunub.

“İnter” ingiltərəli futbolçu üçün “qırmızı şeytanlar”a 1,5 milyon avro ödəyib. O, 15 nömrəli formanı geyinəcək.

“İnter” “Mançester Yunayted”dən daha bir futbolçunu aldı - FOTO

Qeyd edək ki, 2011-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan Eşli Yanq bu müddətdə 261 oyuna çıxıb və 19 qola imza atıb. O, ötən ilin avqustundan Mançester klubunun kapitanı idi.

Onu da bildirək ki, “İnter” yay transfer dönəmində “Mançester Yunayted”dən daha iki futbolçunu heyətinə qatmışdı. Bunlar belçikalı Romelu Lukaku və çilili Aleksis Sançes idi.