Makqreqor bir il sonra döyüşə çıxır: Rəqib “Kovboy”dur – PREVYUbackend

Makqreqor bir il sonra döyüşə çıxır: Rəqib “Kovboy”dur – PREVYU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor bu gün bir illik fasilədən sonra ilk döyüşünə çıxacaq.

OnlinePress.az xəbər verir ki, 2018-ci ilin oktyabrında yüngül çəkidə rusiyalı Həbib Nurməhəmmədova uduzduqdan sonra UFC-də heç bir döyüşə çıxmamış Makqreqor “Kovboy” ləqəbli amerikalı Donald Sirouni ilə qarşılaşacaq.

Makqreqor özünü yarımorta çəkidə (63,5-67 kq) sınayacaq. Əvvəllər yarımyüngül (54-57 kq) və yüngül (57-60 kq) çəkilərdə UFC çempionu olmuş 31 yaşlı Makqreqorun aktivində 21 qələbə və dörd məğlubiyyət var.

36 yaşlı Sirouni isə keçmiş kikboksçu olub. O, kikboksinqdə məğlubedilməzdir. 28 dəfə qələbə qazanıb, bir dəfə isə heç-heçə qeydə alınıb. Peşəkar MMA-da isə 36 qələbəsi və 13 məğlubiyyəti var.

Makqreqor bir il sonra döyüşə çıxır: Rəqib “Kovboy”dur - PREVYU

Təbii ki, UFC 246-nın əsas döyüşü budur. Lakin bundan başqa, gecə daha 10 döyüş keçiriləcək. Bunlardan üçündə qadınlar mübarizə aparacaq.

Qeyd edək ki, ABŞ-ın Paradays şəhərində keçiriləcək yarış Bakı vaxtı ilə sabah saat 07:00-a təsadüf edəcək.