Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Milli Məclisə namizəd Fəzail İbrahimli secki təbliğatına start verib.

Dərc edilib: 18 yanvar 2020 [14:45]
Baxış sayı: 13403

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Milli Məclisə namizəd Fəzail İbrahimli secki təbliğatına start verib.

Seçicilərlə görüşlərinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata yurdundan başlayan Fəzail bəy qəhrəmanın atası Ağakərim kişi ilə görüşüb. Şəhidin atası Ağakərim İbrahimovla görüşən F. İbrahimli qeyd edib ki, Mübariz İbrahımovun Millı Qəhrəman adına layiq görülməsi onun şərəfli döyüş yoluna verilən ən böyük qiymətdir. "Bu gün Azərbaycanda hamı Mübarizi tanıyır, bütün gənclərimiz ondan danışır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, Azərbaycan öz torpaqlarını geri qaytarmayıb, bizim Mübariz kimi qəhrəmanlara ehtiyacımız var. O, öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bunun üçün Azərbaycanın qəhrəman övladları, canını bu torpaqların yolunda hər an qurban verməyə hazır olan igidlərimiz var. Mübariz Azərbaycana gərəkli olan çox gözəl bir nümunə göstərdi. Öz həyatını qurban vermək bahasına olsa belə, o, sübut etdi ki, "biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Onun bu qəhrəmanlığı bizim hər birimiz üçün nümunədir"- deyə deputatlığa namizəd vurğulayıb.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu, dövlət və xalq tərəfindən ailələrinə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirib. Şəhidin atası vurğulayıb ki, övladını itirsə də, o Azərbaycan xalqının timsalında 9 milyonluq ailə qazanıb və lazım gələrsə Ali Baş Komandanın əmri ilə əlində silah vətən torpaqlarını işğalçılardan azad etməyə hazırdır. Ağakərim İbrahimov həmçinin Fəzail bəyə təşəkkür edərək ona seçki prosesində uğurlar arzulayıb.

Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı

Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı

Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı

Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı

Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı

Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 233