Anar Əsədlinin aktiv seçki təbliğatı davam edir: “Seçkiyə gedin və səsinizə sahib çıxın!” – VİDEObackend

Anar Əsədlinin aktiv seçki təbliğatı davam edir: “Seçkiyə gedin və səsinizə sahib çıxın!” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli seçicilərlə görüşüb.

İnterpress.az  xəbər verir ki, Qubadlı və Zəngilandan olub Sumqayıtda məskunlaşan məcburi köçkünlərlə görüşən Anar Əsədli onları seçkilərdə aktiv iştiraka səsləyib.

Seçiciləri mənzillərində ziyarət edən Anar Əsədli onları öz platforması ilə tanış edib.

Zəngilan və Qubadlıdan olan məcburi köçkünlər yaşadıqları binalarda ziyarət edildikdən, onlarla söhbət edildikdən sonra seçicilərlə geniştərkibli görüş təşkil edilib.

Seçicilər görüşdə Anar Əsədlinin seçki platforması ilə yaxından tanış olma imkanı əldə ediblər.

Seçicilərlə qarşılıqlı dialoq formasında keçən görüşdə seçicilər onları narahat edən məsələləri dilə gətirib, təkliflərini veriblər.

Seçicilər qarşısında çıxış edən Anar Əsədli insanları öz səslərinə sahib çıxmağa çağırıb:

“Bu gün insanlarda belə bir fikir formalaşıb ki, seçkiyə getsəm, nə olacaq, getməsəm, nə olacaq. Ancaq belə düşüncə ziyanlıdır. Çünki seçki namusdur və seçkiyə gedib namusumuza sahib çıxmalıyıq.

Amma təkcə sizlər yox, həyat yoldaşlarınız, övladlarınız, hamınız seçkidə iştirak etməlisiniz. Hər birinizi aktiv olmağa çağırıram”.

Ümumi yığıncaqdan sonra Anar Əsədli sakinlərlə qeyri-rəsmi şəkildə görüşünü davam etdirib.