Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İlk dəfə Azərbaycanda: Azay Quliyev seçiciləri üçün şəxsi elektron kabinet yaradıb – VİDEO təqdimat

Azay Quliyev seçiciləri üçün şəxsi elektron kabinet yaradıb.

Dərc edilib: 20 yanvar 2020 [00:36]
Baxış sayı: 26408

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin icra hakimiyyəti və hüquq-məhkəmə sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, idarəetmədə innovativ metodların və yeniliklərin tətbiqi, vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması qanunvericilik hakimiyyətində, xüsusilə “deputat-seçici” əlaqələrində də əksini tapmalıdır.
Bütün bunları əsas tutaraq 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçiciləri arasında maneəsiz, operativ və şəffaf əlaqənin qurulması, seçicilərin problemlərinin effektiv həlli, həmçinin qanunvericiliklə bağlı təkliflərin irəli sürülməsi prosesini asanlaşdırmaq məqsədilə indiyə kimi tətbiq etdiyi elektron xidməti daha da təkmilləşdirərək seçicilərlə yeni kommunikasiya modeli olan “Seçicinin elektron kabineti” xidmətini təqdim edir.
Bu yenilik özündə nəyi əks etdirir?
1) Seçicilərin deputatla əlaqələrində operativlik ən yüksək səviyyədə təmin olunacaq;
2) Seçicilər əlavə zaman, enerji və digər resurslar sərf etmədən problemləri haqqında deputata onlayn müraciət edəcək. Bu xidmət vasitəsilə deputatın seçicilərin problemlərinin həlli ilə bağlı atdığı addımlar və qəbul etdiyi qərarlar seçicilər tərəfindən sistemli şəkildə müşahidə olunacaq;
3) Seçicilər təxirəsalınmaz məsələlər barədə rəsmi qəbula gəlmədən deputatı birbaşa məlumatlandıracaq və onları narahat edən problemin həllinə nail olacaq;
4) Deputat və seçicilər arasında sənəd dövriyyəsi elektron qaydada həyata keçiriləcək, bu sahədə şəffaflıq və aşkarlıq maksimum səviyyədə təmin ediləcək;
5) Deputata müraciət etmiş seçicilərin vahid elektron bazası formalaşdırılacaq ki, bu da hər bir seçicinin müraciət etdiyi məsələlərin müntəzəm olaraq hər iki tərəfin nəzarətdə saxlamasına imkan yaradacaq;
6) Müraciətlərin kateqoriyalar üzrə sistemləşdirilməsi sayəsində seçicilərin qaldırdığı məsələlər və üzləşdiyi problemlər təhlil ediləcək və müəyyən edilmiş problemlərin həlli üçün deputat tərəfindən Milli Məclisə və hökumətə müvafiq təkliflər göndəriləcək;
7) Bu xidmət vasitəsilə hər bir seçici deputatın fəaliyyəti və gördüyü işlərlə yaxından tanış olacaq və beləliklə, deputatın fəaliyyətinə ictimai nəzarət daha da artacaq;
8) Növbəti mərhələlərdə “Seçicinin elektron kabineti”nin Elektron Hökumət sisteminə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulur ki, bunun da nəticəsi olaraq Elektron Kabinet üzərindən digər dövlət qurumlarına da birbaşa müraciətin göndərilməsi mümkün olacaq;
9) Təqdim olunan elektron xidmətdə seçiciləri narahat edən sosial məsələlərin kollektiv müzakirəsi üçün “Seçici forumu” fəaliyyət göstərəcək;
10) “Sənin fikrin” bölməsində təşkil olunacaq sorğular vasitəsilə dairədə ictimai təşəbbüslərin irəli sürülməsi və ictimai rəyin öyrənilməsi təmin olacaq.
Bütün bu yeniliklərlə yanaşı, Azay Quliyev həmişə olduğu kimi mütəmadi əsasda seçicilərlə canlı görüşlər keçirəcək, onları narahat edən məsələlərlə yerində tanış olacaq, seçicilərin qəbul zamanı verdikləri ərizə və şikayətlər elektron bazaya daxil ediləcək. Qaldırılan məsələlərin icrası ilə bağlı atılan addımların ardıcıllığı seçicilər tərəfindən vahid bazada onlayn qaydada müşahidə ediləcək.
Elektron kabineti yaratmaq üçün 8 saylı Binəqədi birinci seçki dairəsindən olan seçicilər azayguliyev.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Beləliklə, deputat-seçici münasibətlərində interaktivliyin yeni mexanizmi olan “Seçicinin elektron kabineti” xidmətinin tətbiqi kommunikasiyanın innovativ modeli kimi ölkədə həyata keçirilən islahatların ruhuna və yeni dövrün çağırışlarına uyğun olaraq vətəndaş məmnunluğunu təmin edəcək, xüsusilə qanunvericilik hakimiyyətin nümayəndəsi ilə vətəndaş arasında çevik və rahat əlaqənin qurulmasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaqdır.
Təqdim olunan video təlimatda daha ətraflı məlumat əldə edə bilərsiz:








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 252