Azərbaycanda mikroavtobus qəzasındakı yaralılarla bağlı RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda mikroavtobus qəzasındakı yaralılarla bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay-İsmayıllı avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəstəxanaya yerləşdirilib.

Bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə,  mikroavtobus ilə minik avtomobili toqquşub:

“Hadisə zamanı bir nəfər vəfat edib. Xəsarət alan beş nəfər İsmayıllı Rayon Xəstəxanasına gətirilib. İkisinin vəziyyəti ağırdır. Reanimasiya şöbəsinə yerləşdiriləcək”.

R.Əliyeva qeyd edib ki, yaralılardan digər üçünə isə ambulator yardım göstərilib.

İnterpıress.az