Güləşçilərimiz Fransada keçirilən ilin ilk turnirindən altı medalla qayıdırbackend

Güləşçilərimiz Fransada keçirilən ilin ilk turnirindən altı medalla qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri keçirilib.

İnterpress.az xəbər verir ki, ölkəmizi ənənəvi turnirdə baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə millimiz təmsil edib.

Komandamız Qran-Pridə uğurlu çıxış edərək dörd qızıl, iki gümüş və bir bürünc medal qazanıb. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sənan Süleymanovla (72 kq) Orxan Nuriyev (97 kq) ikinci, Taleh Məmmədov (63 kq) isə üçüncü yeri tutub.

Xatırladaq ki, Qran-Pridə beynəlxalq dərəcəli hakim Əli Babayev Azərbaycan adından ədaləti qoruyub.

İnterpress.az