Bakıda yüksək dozada narkotik qəbul edən gənc küçədə öldübackend

Bakıda yüksək dozada narkotik qəbul edən gənc küçədə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində küçədə inyeksiya üsulu ilə narkotik qəbul edən şəxs vəfat edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, hadisə şənbə günü, 18 yanvar, saat 09:05 radələrində Yasamal rayonu Akademik Qarayev küçəsində, 95 nömrəli binanın yaxınlığında qeydə alınıb.

Ölümə səbəb narkotik maddənin yüksək dozada qəbul edilməsi olub.

Vəfat edən şəxsin kimliyi məlum olub. Bu, paytaxt sakini, 1989-cu il təvəllüdlü Ədalət Əsgərovdur.

İstintaq Yasamal rayon 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır.

İnterpress.az