Dəmir yolundan oğurluq edən saxlanıldı – FOTObackend

Dəmir yolundan oğurluq edən saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda dəmir yolundan oğurluq edən şəxs saxlanıb.

DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan verilən məlumata görə, ötən gün dəmir yol ustası Cosqun Salmanov NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin  İmişli XPŞ-nin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək  Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 1-ci puketdən 5-ci puketə qədər olan məsafədə 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidici dəmir mıxın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.

Dindirilmə zamanı H.Şıxəliyev törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı rels altlıqları və mıxlar ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.

Dəmir yolundan oğurluq edən saxlanıldı - FOTO

Dəmir yolundan oğurluq edən saxlanıldı - FOTO