Təyyarə şalvarsız qalan ekipaj üzvünə görə təcili eniş etdibackend

Təyyarə şalvarsız qalan ekipaj üzvünə görə təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Los-Anceles hava limanından Çikaqoya uçan “American Airlines” təyyarəsi təcili eniş edib.

“The Sun”ın xəbərinə görə, ekipaj üzvlərindən birinin şalvarsız olması səbəbindən təyyarə təcili Nyu-Meksika hava limanına eniş etməli olub.

Belə ki, spirtli içki qəbul edən sərnişinlərdən biri başqa sərnişinin oturacağını təpikləməyə başlayıb.

Daha sonra ona mane olmaq istəyən ekipaj üzvünü vurub və onun şalvarını çıxarıb.

Təyyarənin pilotu onu polisə təhvil vermək üçün Nyu-Meksika hava limanına enib.

İnterpress.az