Transmilli cinayətkar qrupun azərbaycanlı “bankir”i belə ələ keçdi – VİDEObackend

Transmilli cinayətkar qrupun azərbaycanlı “bankir”i belə ələ keçdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi beynəlxalq cinayətkar qrupun “bankir”ini yaxalayıb.

“VRK News” bununla bağlı Qazaxıstan MTK-ya istinadən məlumat yayıb.

Bildirilib ki, yanvarın 15-də Komitənin Nur-Sultan üzrə departamenti Azərbaycan vətəndaşı olan qruplaşma üzvünü saxlayıb.

Saxlanılan şəxs Türkiyədə fəaliyyət göstərən transmilli cinayətkar şəbəkənin liderlərini maliyyə ilə təmin edirmiş.

Araşdırmalar zamanı onun pulları yerli iş adamlarından zorakılıq yolu ilə əldə etdiyi müəyyənləşib.

Saxlanılan şəxs barəsində həbs qərarı çıxarılıb, araşdırmalar aparılır.

Komitə azərbaycanlının saxlanılma görüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik:

Transmilli cinayətkar qrupun azərbaycanlı “bankir”i belə ələ keçdi - VİDEO

Transmilli cinayətkar qrupun azərbaycanlı “bankir”i belə ələ keçdi - VİDEO