Bakıda hamamda qadının meyiti tapıldıbackend

Bakıda hamamda qadının meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadın dəm qazından boğularaq ölüb.

İnterpress.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü Liliya Çuprikova yaşadığı evin hamamında ölmüş vəziyyətdə aşkarlanıb. Araşdırmalar zamanı qadının dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

İnterpress.az