Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



GÜLOĞLAN CABBAROVUN KİFAYƏT QƏDƏR HÖRMƏTİ VAR

Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş qanlı hadisənin 30-cu ilini anmaq üçün Şəhidlər xiyabanına axışır.

Dərc edilib: 21 yanvar 2020 [12:59]
Baxış sayı: 20774

Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş qanlı hadisənin 30-cu ilini anmaq üçün Şəhidlər xiyabanına axışır.

Minlərlə insan şəhidlərimizin məzarını ziyarət edərək qərənfil dəstələri düzür, onların xatirəsini ehtiramla anır.

19 saylı Nərimanov birinci seçki darəsindən deputatlığa müstəqil namizəd Güloğlan Cabbarov da bu gün müqəddəs məkana təşrif buyurub. "Neftçi"nin keçmiş rəisini yüzlərlə şəxs müşayət edib.

Artıq fəaliyyətini dayandırmış "Şərurspor"un prezidenti Sərdar Bağırovu da biz burada gördük. Klub rəhbəri Sportinfo.az-a açıqlamasında Güloğlan Cabbarovun seçki kampaniyasında yaxından iştirak elədiyini və onun deputat seçilməyə layiq olduğunu bildirib:

"Güloğlan Cabbarovla uşaqlığımız bir yerdə keçib. Bir yerdə böyümüşük, uşaqlıq dostuyuq biz. Uşaqlıq dostundan yaxşı dost ola bilməz.

Mən Güloğlan bəyin builki parlament seçkilərində şansını yüksək qiymətləndirirəm. Çünki Milli Məclisdə təmsil olunan Azərbaycan müxalifəti vəzifəsinin öhdəsindən gələ bilmir, heç biri bu xalqın qarşısında iş görmür.

Eyni zamanda yeni simalar, gənclərlə bağlı cənab prezidentin çağırışı oldu. Güloğlan müəllim də ölkə başçısının çağırışına əsasən deputatlığa namizədliyini irəli sürüb, özünü sınamağa qərar verib".

O, "Cabbarovun digər gənc namizədlərdən fərqini, üstünlüyünü nədə görürsüz" sualını bu cür cavablandırıb: "Ən böyük üstünlüyü idmanda göstərdiyi nailiyyətlər, qazandığı uğurlar, Azərbaycanı layiqincə təmsil etməsidir.

15 ildir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident işləyir, bir çox beynəlxalq yarışın təşkilatçısıdır. Ətrafındakı insanlar arasında kifayət qədər hörməti var".


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 234