Bakıda xəstəxanada iki yaşlı uşağı qarət edən şəxs ələ keçdibackend

Bakıda xəstəxanada iki yaşlı uşağı qarət edən şəxs ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunda qadınlardan oğurluq edən şəxs tutulub.

İnterpress.az xəbərinə görə, hadisə yanvarın 19-da saat 19:30 radələrində, metronun “İnşaatçılar” stansiyasında qatarda qeydə alınıb.

Belə ki, naməlum şəxs paytaxt sakini N.Həmidovanın cibindən mobil telefonunu qeyri-aşkar şəraitdə oğurlayıb.

Daha sonra N.Həmidova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Bakı Metropolitenində Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elçin Əliyev tutulub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, E.Əliyev həmin gün 14:30 radələrində metronun “28 May” stansiyasında 1982-ci il təvəllüdlü X.Abudovanın da mobil telefonunu oğurlayıb.

Bundan başqa, bir neçə gün əvvəl onun K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) iki yaşlı uşağın əlində olan mobil telefonu da oğurladığı müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır, E.Əliyevin digər əməlləri də istisna edilmir.

İnterpress.az