Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb – RƏSMİbackend

Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.

İpoteka və Kredit Zəmanət Fondundan “Qafqazinfo”ya bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir.

Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb. Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.

İnterpress.az