Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)

Bu işin arxasından da İqbal Ağazadə çıxdı: sübutlar, fotolar, videofaktlar və səs yazısı

Dərc edilib: 22 yanvar 2020 [22:47]
Baxış sayı: 40312

Bu işin arxasından da İqbal Ağazadə çıxdı: sübutlar, fotolar, videofaktlar və səs yazısı
Xətai rayon 35 saylı seçki dairəsindən deputatlığa namizəd “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arif oğlu Abbasova “klon namizəd” ortaya çıxarılması özü ilə paralel bir çox suallar yaradıb. İşsiz Qusar sakini Rauf Çərkəz oğlu Abbasov kimdir, nəçidir, hansı məqsədlə və kim tərəfindən seçki prosesinə yönləndirilib? Siyasi kimliyi, Xətai rayonu ilə uzaqdan-yaxından əlaqəsi olmayan bu “namizəd” kimin adamıdır, onu konkret olaraq kim bu çirkin oyunun mərkəzinə atıb?

Bu sualların sübutlu cavabı ilə izlədiyiniz videoreportajda detallı tanış olacaqsız. Hər şey ondan başladı ki, “Yeni Müsavat” Media Qrupunn əməkdaşları “klon” namizədi tapmaq üçün Qusara yollandılar. Reportyorlarımız ora gələndən bir gün öncəyə qədər Qusarda olan R.Çərkəzoğlu həmin gün nəyə görəsə “buxarlanıb” yoxa çıxdı. Əməkdaşlarımız klon namizədlə görüşə bilməsələr də, Bakıya doğru qayıdarkən onlara özünü Qoşqar adı ilə təqdim edən bir nəfər zəng edərək, hesab sordu. “Bizim namizədi niyə axtarırsız”, deyə sual edən Qoşqar bəy özünü Rauf Çərkəz oğlu Abbasovun vəkili kimi təqdim etdi. Və beləcə, biz də araşdırmalara başlayaraq, bu çirkin oyunu üzə çıxardıq.

Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)

Öncə sözügedən telefon nömrəsini GetKontakt vasitəsilə yoxladıq və ilk şoku onda yaşadıq. Get Kontakt siyasında bu nömrə həm də “Qoşqar İqbal”, “Qoşqar Ümid”, “Qoşqar Partiya” kimi qeydə alınmışdı.

Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)

İlk şoku atladandan sonra bu nömrənin vatsap profil fotosuna baxdıq. Və qarşımızda Ümid Partiyasının üzvü, onun aktiv təbliğatçısı Qoşqar Bəyləri gördük.
Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)

Eyni adı yenə Facebook üzərindən axtaranda isə qarşımıza yenə də deputatlığa namizəd İqbal Ağazadənin ən aktiv təbliğatçısı olan, onun təbliğat materiallarını, fotolarını saniyə-saniyə yayan Qoşqar Bəylər çıxdı.

Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)

Araşdırmaya davam etdik. Bakıya qayıdan reportyor qrupumuz bu dəfə Q.Bəylərlə görüşmək və müsahibə almaq üçün başqa bir media qurumunun adı ilə ona müraciət etdi.

Öncə əməkdaşlarımızı “qərargahlarına” dəvət edən, daha sonra isə bundan vaz keçib, şəhərdə görüşmək təklif edən Q.Bəylər sonunda müsahibəyə razılaşdı. İlk danışıq zamanı müsahibədə deputatlığa namizəd Rauf Çərkəzoğlunun iştirak edəcəyini söyləsə də, sonda bundan vaz keçdi və təkbaşına müsahibə verəcəyini dedi. O, əməkdaşlarımıza əlindəki sənədlə R.Çərkəzoğlunun vəkili olduğunu söyləsə də, araşdırmalarımız zamanı “klon” namizədin rəsmi sənədlərdə heç bir vəkilinin, rəsmi nümayəndəsinin olmadığını üzə çıxardıq.
Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)


Müsahibəni isə dinləyə bilərsiz.

Bəli, İqbal Ağazadənin qatı tərəfdarı, təbliğatçısı digər namizədə, “rəqib” Rauf Çərkəz oğlu Abbasova vəkillik edir, onu müdafiə edir, onun səs qazanacağını desə də, hərdən özünü saxlaya bilməyib, İ.Ağazadənin liderliyindən dəm vurur. Və bu teatrı çıxaran şəxslər təmiz mübarizədən, seçici təəssübündən danışırlar.

Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)

Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)

Qusarlı Rauf Abbasovun vəkili Ümid Partiyasının funksioneri Qoşqar Bəylər imiş - şok gəlişmə (VİDEO)









Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 246