Seyran Ohanyan Aprel döyüşləri ilə əlaqədar dindiriləcəkbackend

Seyran Ohanyan Aprel döyüşləri ilə əlaqədar dindiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan və digər rəhbər şəxslərin 2016-cı ilin Aprel döyüşləri ilə əlaqədar dindirilməsi gözlənilsə də, bu günə qədər onların izahatları alınmayıb.

Ermənistanın “Qrapark” nəşri məlumat verir ki, Aprel döyüşlərinin səbəblərini araşdıracaq parlament komissiyası yanvar ayının sonu, yaxud fevral ayının əvvəlində keçirilməsi gözlənilən iclasa S.Ohanyanı da dəvət edəcək.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərini araşdırmalı olan komissiya Ermənistan parlamentinin qərarı ilə 2019-cu ilin 31 mayında yaradılıb.

Komissiyanın rəhbəri Andranik Koçaryan elan edib ki, məlum hadisələrlə əlaqədar 40 nəfər vəzifəli şəxsin dindirilməsi gözlənilir.

Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərində Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində məğlub vəziyyətə düşüb.

Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan parlamenti həmin məğlubiyyətin səbəblərini araşdırmaq məqsədilə araşdırma komissiyası yaradıb.

İnterpress.az