Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı

İŞİD terror təşkilatının bir qolu olan “Nüsra Cəbhəsi” tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Asim Baxışov və Teyfur Əliverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

Dərc edilib: 23 yanvar 2020 [15:58]
Baxış sayı: 37102

İŞİD terror təşkilatının bir qolu olan “Nüsra Cəbhəsi” tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Asim Baxışov və Teyfur Əliverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

İnterpress.az xəbər verir ki, Ali Məhkəməsinin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, həmin şəxslərin kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 13 il, digər şəxslərin isə hər biri doqquz il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

İttiham aktına əsasən, Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyev Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində “Kalaşnikov”dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək, oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 234