“Liverpul” qələbə seriyasını davam etdirdibackend

“Liverpul” qələbə seriyasını davam etdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Liverpul” səfərdə “Vulverhempton”-a qalib gəlib.

“Lenta.ru” xəbər verir ki, yanvarın 23-ü baş tutan oyun 1:2 hesabı ilə qonaqların xeyrinə bitib.

İlk qolu səkkizinci dəqiqədə Cordan Henderson vurub.

51-ci dəqiqədə Raul Himenesin qolu ilə ev sahibləri hesabı bərabərləşdirib.

Həlledici qolu 84-cü dəqiqədə Roberto Firmino vurub.

Qeyd edək ki, bu “mersisaydlıların” 14-cü ardıcıl qələbəsidir.

İnterpress.az