Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda qadın üç dəfə zorla ərə verilib: Axırıncı əri döyüb xəstəxanalıq etdi - FOTO

Azərbaycanda əri tərəfindən körpələrinin gözü önündə döyülən qadının vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib.

Dərc edilib: 24 yanvar 2020 [11:46]
Baxış sayı: 28257

Azərbaycanda əri tərəfindən körpələrinin gözü önündə döyülən qadının vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib.

Bu barədə Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.

Qeyd edilib ki, həyat yoldaşı 39 yaşlı Rəna Mirzəyevanı (ad şərtidir) iki körpənin gözləri qarşısında döyüb:

“Qadın özünü güclə sığınacağa çatdırıb və dərhal xəstəxanaya yerləşdirilib”.

Birlikdən qeyd edilib ki, döyülən qadın 22 yaşında anasının təkidi ilə ailə həyatı qurub:

“Övladı olmadığı üçün əri ondan ayrılıb. Boşandıqdan sonra anası onu üç uşaqlı bir kişiyə ərə verib. Beş ay sonra qadın hamilə qalıb. Kişi uşağın qız olacağını öyrəndikdən sonra isə qadını evinə göndərib. Ana qızını üçüncü dəfə də ailə həyatı qurmağa məcbur edib. Bu evlilikdən qadının bir övladı da dünyaya gəlib”.

Azərbaycanda qadın üç dəfə zorla ərə verilib: Axırıncı əri döyüb xəstəxanalıq etdi - FOTO

Azərbaycanda qadın üç dəfə zorla ərə verilib: Axırıncı əri döyüb xəstəxanalıq etdi - FOTO








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 228