Borcunu ödəməyən 117 nəfərə işgəncə verdilərbackend

Borcunu ödəməyən 117 nəfərə işgəncə verdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ankara şəhərində sələmçi dəstə üzvləri onlardan aldığı borcu qaytarmayanlara işgəncə verib.

DHA-nın yaydığı xəbərə görə, sələmə pul verən, aralarında məhkəmə katibi də olan 22 nəfər borcunu vaxtında qaytarmayanları işgəncəyə məruz qoyub.

Dəstə üzvləri görüntüləri digər borclulara da göstərərək onları qorxudublar.

İşgəncəyə məruz qalan 177 nəfərin şikayəti əsasında faktla bağlı araşdırma başlayıb.

Altı ay davam edən əməliyyat-axtarış tədbirlərindən sonra 30 fərqli ünvandan 22 dəstə üzvü və başçı K.F. tutulub.

Əməliyyatçılar hadisə yerindən iki tapança, çox sayda bıçaq, mərmi, mobil telefonlar, kompüterlər, sənədlər, çek və kredit kartları götürüb.

Kömpüter və mobil telefonların araşdırılması zamanı məlum olub ki, sələmçilər onlara borclu insanlara zorla sənəd imzaladıb.

Eyni zamanda, dəstə üzvlərindən biri – O.K.-nın 17 il 3 ay müddətinə həbsə məhkum edildiyi, həbsdən qaçdığı və 17 fərqli cinayətlə ittiham olunduğu məlum olub.

Onların barələrində Ankara məhkəməsində qərar veriləcək.

İnterpress.az