Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda xadimə işlədiyi evi soydu

Nərimanov rayonu ərazisindəki mənzillərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Dərc edilib: 24 yanvar 2020 [14:09]
Baxış sayı: 35666

Nərimanov rayonu ərazisindəki mənzillərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 22-də saat 10-dan 23-dək olan müddətdə 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb. O, bu cinayət əməlini törtəməsini etiraf edib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 230