Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı – Yaralılar varbackend

Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb.

Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə, qəzada ölən olmayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan beşi kişi, ikisi qadın olmaqla, yeddi nəfərə isə 3 saylı Şəhər Xəstəxanasında ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az