Bakıda maşın oğrusu tutuldubackend

Bakıda maşın oğrusu tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, yanvar ayının 20-i saat 15:00 radələrində Yasamal rayonu, Cəfərov qardaşları küçəsindən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü V.Bağırova məxsus “Tofaş” markalı avtomobil qaçırılaraq, başqa ünvana aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, “Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini 1987-ci il təvəllüdlü R.Qurbanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az