Bir evdən üç uşağın meyiti tapıldıbackend

Bir evdən üç uşağın meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyanın paytaxtı Dublində bir evdə üç uşaq ölü vəziyyətdə tapılıb.

“Daily Mail” nəşri xəbər verir ki, tapılan iki oğlan və bir qız uşağının ölüm səbəbi məlum deyil.

Hadisə Dublinin Nyukasl qəsəbəsində baş verib. Yerli sakinlər axşam vaxtı küçədə müəmmalı hərəkətlər edən qadının gəzdiyini müşahidə ediblər. O, ətrafda olan şəxslərə evində nələrinsə baş verdiyini deyib.

Mənzilə yollanan polislər dörd, səkkiz və 10 yaşında olan uşaqların meyitlərini aşkar ediblər. Ehtimal olunur ki, uşaqlar zəhərlənərək ölüblər.

40 yaşlı qadın xəstəxanaya çatdırılıb. Onun polisə hansı ifadə verməsi haqqında məlumat yoxdur.

İnterpress.az