Bakıda keçmiş məhkum silahla saxlanıldıbackend

Bakıda keçmiş məhkum silahla saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 56 yaşlı keçmiş məhkum silahla saxlanılıb.

İnterpress.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Natiq Hüseynovun üzərindən nömrəsi silinmiş, 3 ədəd güllə olan “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Hüseynov əvvəllər Cinayət Məcəlləsinin 143 (Təhlükədə qoyma),150 (Seksual xarakterli zorakılıq hərəkətləri), 226 (Radiaktiv materiallarla qanunsuz davranma), 228 (Qanunsuz olaraq silah-sursat, partlayıcı maddələr saxlamaq, gəzdirmək) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələrin əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə məhkumluq həyatı yaşayıb.

İnterpress.az