Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Deputatlığa namizəd Güloğlan Cabbarov seçiciləri ilə növbəti görüş keçirib - Fotolar

Deputatlığa namizəd Güloğlan Cabbarov seçiciləri ilə növbəti görüş keçirib.

Dərc edilib: 25 yanvar 2020 [20:02]
Baxış sayı: 38502

Bu gün 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürən Güloğlan Cabbarovun təbliğat-təşviqat işləri çərçivəsində Nərimanov rayon sakinləri ilə geniş tərkibli görüşü baş tutub.

Veteninfo.az xəbər verir ki, görüşdə çıxış edən Fəxrəddin Nağıyev deputatlığa namizəd Güloğlan Cabbarovun yanvar ayının 17-dən etibarən başlayan təbliğat-təşviqat kampaniyasının arzuolunan səviyyədə keçdiyini və seçicilərin etimadını qazandığını vurğulayıb. O, Güloğlan Cabbarovun Milli Məclisdə layiq olduğu yeri tutacağına inandığını bildirib.

Daha sonra çıxış edən Aydın Mehdiyev qeyd edib ki, seçicilər Güloğlan Cabbarovun namizədliyini dəstəkləyir və ona səs verəcəklər. Aydın Mehdiyev bu ilki seçki prosesinin tam şəffaf şəkildə həyata keçirildiyinə inandığını da qeyd edib.


Görüşdə Vurğun Həsənov, Vüqar Piriyev, şairə Nailə İmanlı, Çimnaz Məmmədova və digər seçicilər öz namizədinə uğurlar arzulayıb və ona güvəndiklərini bildiriblər.

Sonda çıxış edən deputatlığa namizəd Güloğlan Cabbarov göstərilən dəstəyə görə seçicilərinə minnətdarlığını bildirib. O, dəstək üçün Türkiyədən gələn qonaqların olduğunu da vurğulayıb. Son illər ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlara toxunan deputatlığa namizəd Güloğlan Cabbarov bu islahatların cəmiyyətimizin inkişafında və əhalinin sosial rifahının yaxşılaşmasında müsbət rol olduğunu vurğulayıb. Əsas devizinin "Bizim yolumuz haqq yoludur, ədalət yoludur!” olduğunu deyən, Güloğlan Cabbarov ilk olaraq qardaş Türkiyənin Elağız və Malatya şəhərlərində baş verən zəlzələ nəticəsində həyatını itirənlərə bir dəqiqəlik sayğı duruşunda durulmasın istədi.

Bir dəqiqəlik sayğı duruşunun ardından çıxışını davam etdirən Güloğlan Cabbarov qeyd edib ki,deputatlığa namizədliyində əsas məqsədinin məhz seçicilərinin sosial problemlərinin həlli ilə bağlı olduğunu qeyd edib. O, seçiciləri tərəfindən böyük dəstək gördüyünü və qələbə qazanacağına inandığını bildirib.

Güloğlan Cabbarov qeyd edib ki,ölkə prezidenti İlham Əliyevin son prezident seçkilərindən sonra həyata keçirdiyi uğurlu islahatlar bütün xalqımız tərəfindən rəğbətlə qarşılanır: "Bu islahatlar bu gün də davam edir.Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirilən islahatlara verdiyi dəstək,əhalinin sosial rifahının yaxşılaşması ilə özünü müsbət istiqamətdə göstərməkdədir.Eyni zamanda bütün rayon və şəhərlərimizdə həyata keçirilən abad həyət lahiyələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın yorulmaz əməyinin bariz nümunəsidir.Elə bir sahə yoxdur ki,orda uğurlar əldə edilməsin.Əlbətdə bu uğurlar bütövlükdə Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən müdrik idologiyasından qaynaqlanıb.Bu gün cənab prezident İlham Əliyev xalqın bütün təbəqələri tərəfindən sevilir,dəstəklənir.Biz gənclər də hər zaman cənab prezidentin yanındayıq".






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 231