ABŞ-ın Bağdaddakı səfirliyi reaktiv mərmilərdən atəşə tutulub: Yaralılar varbackend

ABŞ-ın Bağdaddakı səfirliyi reaktiv mərmilərdən atəşə tutulub: Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaşıl zona”nın və ABŞ-ın Bağdaddakı səfirliyinin reaktiv mərmilərdən atəşə tutulması nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə “Al Sumaria” təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, ən azı üç nəfər yaralanıb, onların milliyyəti hələ müəyyənləşməyib. Hazırda helikopterlər səfirliyin binasında olan insanların təxliyyəsi üzərində işləyir.

İraqın Baş naziri Adil Əbdül Mehdi diplomatik nümayəndəliklərə hücumun ölkənin ən yüksək maraqlarına və digər dövlətlərlə əlaqələrinə zərər verdiyini söyləyib.

O, bütün diplomatik nümayəndəlikləri qorumağa və bunun üçün lazım olan tədbirləri görməyə çağırıb.

Xatırladaq ki, yanvarın 26-da “yaşıl zona”ya beş raket atılmışdı, onlardan biri ABŞ səfirliyi binasında restorana düşmüşdü. Zərərçəkənlərin olmadığı bildirilmişdi.

İnterpress.az