Ötən il nikaha girənlərin də, boşananların da sayı artıbbackend

Ötən il nikaha girənlərin də, boşananların da sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkədə 58 min 317 nikah bağlanıb.

Bu isə 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ilə ölkə üzrə 56 min 888 nikah qeydə alınıb.

2019-cu ildə Azərbaycanda boşanmaların sayında da artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur.

2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub.

İnterpress.az