Elektron siqaret yeniyetmənin ağzında partladıbackend

Elektron siqaret yeniyetmənin ağzında partladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Saratov vilayətində elektron siqaret yeniyetmənin ağzında partlayıb.

“Sarİnform”un yaydığı məlumata görə, hadisə vilayətin Aratsk şəhərində baş verib.

17 yaşlı oğlan elektron siqaret çəkərkən siqaret ağzında partlayıb.

Nəticədə, ağır zədə alan yeniyetmənin bütün dişləri sınıb və üzü eybəcər hala düşüb.

Hazırda vəziyyəti ağır qiymətləndirilən gənc Saratov xəstəxanasına yerləşdirilib. Həkimlər onun çənəsini bərpa etməyə çalışırlar.