Türkiyədə koronavirus yoluxması şübhəsi ilə 12 nəfər xəstəxanaya yerləşdirilibbackend

Türkiyədə koronavirus yoluxması şübhəsi ilə 12 nəfər xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə koronavirusa yoluxma şübhəsi var. Aksaray vilayətinin Sultanhanı rayonunda 12 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan doqquz nəfər Çin, üç nəfər isə Türkiyə vətəndaşıdır.

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə Sultanhanı rayonundakı Duz Gölü təbii qaz anbarında çalışan iki Çin vətəndaşı başgicəllənmə, ürəkbulanma və qusmadan şikayət edib. Onların beş gün öncə Çindən Aksaraya gəlməsi müəyyən edilib. Həmin iki nəfərə birlikdə Türkiyəyə gələn digər Çin vətəndaşları da xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, oxşar şikayətləri olan üç Türkiyə vətəndaşı da nəzarət altındadır.

İnterpress.az