Koronavirusdan ölənlərin sayı 100-ü ötdübackend

Koronavirusdan ölənlərin sayı 100-ü ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni koronavirusun səbəb olduğu sətəlcəmdən ölən Çin vətəndaşlarının sayı 106-ya çatıb.

Bu barədə AFP agentliyi Çin səlahiyyətlilərinin məlumatlarına istinadən xəbər yayıb.

“South China Morning Post” qəzeti isə ölkənin Səhiyyə Üzrə Komissiyasına istinadla bildirib ki, ötən gün Hubey əyalətində virus qurbanlarının sayı 24 nəfər artıb, həmçinin, 1,2 min yeni yoluxma hadisəsi qeydə alınıb.

Ümumilikdə, Çində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4,1 min nəfər olub.

Qeyd edək ki, dəhşətli virusla bağlı ilk hadisə Çinin Uxan şəhərində qeydə alınıb. İnfeksiyanın yayılma riski ilə əlaqədar hökumət sözügedən yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıb, sonra analoji tədbirlər daha 20 əyalətdə və şəhərlərdə görülüb.

İnterpress.az