AFFA-nın ötən il üçün gəlirləri açıqlandıbackend

AFFA-nın ötən il üçün gəlirləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın bu gün keçirilən Konfransında federasiyanın ötən il üçün gəlirləri açıqlanıb.

İnterpress.az xəbər verir ki, federasiyanın 2019-cu ildə büdcəsi 29 milyon 948 min 618 manat təşkil edib.

Bildirilib ki, xərclər 23 milyon 423 min 308 manat olub.

Daha sonra görülmüş işlərin, maliyyə və audit hesabatları təqdim olunub.

AFFA ilə 10 ildən artıq əməkdaşlıq edən qurum kimi UNİCEF-ə xüsusi mükafat təqdim olunub.

Mükafat UNİCEF-in Azərbaycan üzrə nümayəndəsi Edvard Karvardinə verilib.

Qeyd edək ki, UNİCEF AFFA-nın təşkil etdiyi liqanın tərəfdaşıdır.

İnterpress.az