Xəzərdə minlərlə quş kütləvi şəkildə ölüb? – AÇIQLAMAbackend

Xəzərdə minlərlə quş kütləvi şəkildə ölüb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların tələf olması ilə bağlı məsələyə münasibət bildirib.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda Xəzər dənizi ilə sərhəd olan ərazilərə baxış keçirilib:

“Azərbaycanda belə halın olmadığı qeydə alınıb. Hazırda monitorinq qrupu yaradılıb, ərazilər ciddi təftiş olunur. Ciddi araşdırma aparılması tapşırılıb ki, belə hal olarsa, quş cəsədləri götürülsün və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti analizinin aparılması üçün təqdim edilsin. Nəticədə, onların hansı səbəbdən tələf olduğu müəyyən edilsin”.

“Qışda quşların tələf olması istisna deyil. Çünki qış aylarında müxtəlif səbəblərdən quş və heyvanların ölümü baş verə bilər”, – deyə direktor qeyd edib.

Xatırladaq ki, İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində 5 min 950 ədəd köçəri quş qeyri-adi şəkildə tələf olub. Bu quşlar qaşqaldaq, ördək və flaminqodur.