AFFA İK üzvlərinin nəzarət edəcəyi sahələr bəlli oldubackend

AFFA İK üzvlərinin nəzarət edəcəyi sahələr bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA-nın Seçki Konfransından sonra İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

İnterpress.az xəbər verir ki, iclasdan sonra icraçı vitse-prezident Elxan Məmmədov və yeni təyin olunmuş vitse-prezident Vaqif Sadıqovun iştirakı ilə mətbuat konfransı baş tutub.

Elxan Məmmədov iclasda müzakirə olunan məsələlər barədə danışıb:

“AFFA-nın rəhbər orqanlarına seçilənləri təbrik edirəm. İcraiyyə Komitəsinin iclasında bəzi administrativ dəyişikliklər barədə qərar qəbul edildi. Bundan sonra hər bir üzv ayrı-ayrı sahəyə cavabdeh olacaq”.

O bildirib ki, İsgəndər Cavadov region futboluna cavabdehlik daşıyacaq. Kazbek Tuayev veteranlarla işbirliyindən məsuldur. Zaur Axundov futzala, Rauf Əliyev isə uşaq futboluna nəzarət edəcək.

Vaqif Sadıqov məşqçilər və klublarla işbirliyi edəcək. Elşad Nəsirov milli komandalara nəzarət edəcək. Firudin Qurbanov tələbə, məktəbli futbolunda, Elmar Məmmədyarov isə beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərəcək”.

E.Məmmədov bildirib ki, “Futbol hər yerdə” layihəsi çərçivəsində bölgələrdə yeni mini-futbol meydançaları qurulacaq. İcraçı vitse-prezident 50-dək belə meydançaların salınacağını və idman müəllimi ilə sıx əməkdaşlıq ediləcəyini vurğulayıb.

İnterpress.az