Bakıda 64 yaşlı kişi damdan yıxılaraq ölübbackend

Bakıda 64 yaşlı kişi damdan yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonunda ölüm hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə 1-ci Alatava 31J ünvanında qeydə alınıb. 1956-ci il təvəllüdlü Zərbəliyev Akif Misir oğlu yaşadığı mənzilin damında iş görən zaman yıxılıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, A.Zərbəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az