Azərbaycanda ABŞ-ın məşhur NBA liqası yaradıldı – RƏSMİbackend

Azərbaycanda ABŞ-ın məşhur NBA liqası yaradıldı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NBA (Amerikanın Milli Basketbol Assosiasiyası) və ABF (Azərbaycan Basketbol Federasiyası) arasında saziş imzalanıb.

İnterpress.az   xəbər verir ki, saziş əsasında Junior NBA Azərbaycan Liqası yaradılıb.

Bu yarışda 12-14 yaşlı məktəbli oğlan və qızlardan ibarət 30 komanda mübarizə aparacaq. Komandalar NBA klublarının adlarını daşıyacaq və həmin klubların formasında çıxış edəcəklər.

NBA sisteminə və struktur quruluşuna müvafiq komandalar iki konfransa və altı diviziona bölünəcək. Liqa martdan mayın sonunadək davam edəcək. Hər konfransda ən yaxşı nəticə göstərən səkkiz komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

Pley-off mərhələsinin nəticələrinə əsasən hər konfransın qalibi Junior NBA Azərbaycan Liqasının çempionunu müəyyən edəcək.

Azərbaycanda ABŞ-ın məşhur NBA liqası yaradıldı - RƏSMİ

İnterpress.az