Rusiyada mağazaya basqın edən azərbaycanlı tutuldubackend

Rusiyada mağazaya basqın edən azərbaycanlı tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq vilayətinin Kolpino şəhərində mağazaya basqın edən azərbaycanlı saxlanılıb.

Nova.today-in xəbərinə görə, 26 yaşlı azərbaycanlı Prosveşeniye prospektində yerləşən mağazaya bıçaqla hücum edib.

Bununla bağlı mağazanın sahibi Vıborqski rayonunun polis idarəsinə müraciət edib.

Onun dediyinə görə, mağazasına bıçaqla hücum edən şəxs kassadan 10 min rubl (273 AZN) götürərək gedib.

Hadisəni törədən Azərbaycan vətəndaşı saxlanılıb.

Faktla bağlı “quldurluq” maddəsi ilə cinayət işi açılıb.

İnterpress.az