İsrail İrana köməkdə ittiham olundubackend

İsrail İrana köməkdə ittiham olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail özü də bilmədən İrana Yaxın Şərqdə mövqelərini gücləndirməkdə kömək edir.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Herbert Makmaster İsrailin “Globes” nəşrinə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, İsrail Tehranı dəstəkləyən Vladimir Putinlə dostluq münasibətlərini saxlayır və Rusiyaya qarşı hər hansı sanksiya tətbiqindən imtina edir.

Makmaster əlavə edib ki, İsrail ehtiyat edir ki, ABŞ bölgədəki problemlərin həllində iştirak etməkdən çəkinər və Yaxın Şərqi tədricən tərk edər.

İnterpress.az