Məşhur futbolçu körpə qızını evdən çölə atmaqda ittiham edilirbackend

Məşhur futbolçu körpə qızını evdən çölə atmaqda ittiham edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı Alisa Kazmina onu ataya yaraşmayan əməldə ittiham edir.

“Lenta.ru” xəbər verir ki, “Arsenalın” sabiq futbolçusu A.Kazminanı və iki yaşlı qızı Yeseniyanı Sankt-Peterburqdakı evindən qovmaq istəyir.

A.Kazmina evi tərk etməyi tələb edən sənədi öz “Instagram” səhifəsində paylaşıb.

Sənədə əsasən, A.Kazmina üç həddi-büluğa çatmamış uşaqları ilə birlikdə cari ilin mart ayınadək evi boşaltmalıdır.

A.Kuzmina bunu “atasının və nənəsinin Yeseniyaya doğum günü hədiyyəsi” adlandırıb.

İnterpress.az